24 İyun 2016 22:22
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan ərazisində, Dəryal dərəsində cümə axşamı baş vermiş sel və torpaq sürüşməsinə görə bağlanan Hərbi-Gürcüstan yolunun təmiri 15-20 gün davam edəcək.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimali Qafqaz üzrə regional mərkəzi sürücülərə müvəqqəti olaraq həmin istiqamətdən istifadə etməməyi məsləhət görüb.

Rusiya-Gürcüstan sərhədi üzərindən nəqliyyatın hərəkatı hər iki istiqamətdə qadağan olunub. Cümə günü “Yuxarı Lars” sərhəd keçid məntəqəsində 250-dək avtomobil yığılıb qalıb, onlardan 150-i yük maşınlarıdır, Rusiya FHN-in məlumatında qeyd olunub.

Gürcüstan DİN-in məlumatına asasən, sel nəticəsində Terek çayının məcrası dəyişib, suyun səviyyəsi Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun bir hissəsini sıradan çıxarıb.

"Əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə yolun həmin hissəsində avtomobil hərəkatı bağlanıb."Dəryal" sərhəd keçid məntəqəsi hər iki istiqamətdə bağladır”, Gürcüstan XİN-i bildirirb. Rusiya-Gürcüstan sərhədini avtomobildə qanuni sürətdə yalnız “Yuxarı Lars” ( Rusiya) – “Dəryal” (Gürcüstan) sərhəd-keçid məntəqəsindən keçmək mümkündür.

Bu məntəqə Hərbi-Gürcüstan yolunda yerləşir. İki digər buraxılış məntəqəsi Abxaziya və Cənubi Osetiya ilə sərhəddə yerləşir. Gürcüstan qanunlarına görə, xarici vətəndaşların həmin keçidlərdən istifadə etmələri qanunsuzdur.


Müəllif:

Oxşar xəbərlər