25 İyun 2016 19:55
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa çempionatının səkkizdəbir final mərhələsinin ilk oyunu keçirilib.

Teleqraf.com-un xəbərinə görə, İsveçrə və Polşa komandaları arasındakı matçda hesabı 40-cı dəqiqədə polşalılar açıb. Blaşikovski sol cinahdan başlanan hücumu dəqiq zərbə ilə tamamlayıb.

Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılan isveçrəlilər oyunun 83-cü dəqiqəsində istəklərinə çatıblar. Şakiri gözəl qolla oyunda tarazlığı bərpa edib – 1:1. Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

15 dəqiqəlik iki əlavə vaxtda hesab açılmadığı üçün 11 metrlik cərimə zərbələri təyin olunub. 5:4 hesabı ilə qalib gələn Polşa yığması dörddəbir finala vəsiqə qazanıb.


Müəllif:

Oxşar xəbərlər