1 İyul 2016 16:20
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə arasında çarter reysləri bərpa olunub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Bloomberq agentliyi məlumat yayıb.

Məlumatlara görə, ilk uçuşlar iyulun 7-də baş tutacaq.

Qeyd edək ki, ötən il noyabrın 24-də rus Su-24 qırıcısının Türk F-16-ları tərəfindən vurulmasından sonra Türkiyə və Rusiya arasındakı münasibətlər gərginləşmişdi.

Samir


Müəllif: