Rusiyanın İrkutsk vilayətində Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər heyət üzvü həlak olub.
Təyyarənin qalıqları gecə saatlarında Rıbnıy Uyan yaşayış məntəqəsi yaxınlığında aşkar edilib.
İlkin ehtimala görə, İrkutsk vilayətində meşə yanğınlarının söndürülməsi ilə məşğul olan və iyulun 1-də radarlardan itmiş təyyarə ağaca dəyərək qəzaya uğrayıb.
İyulun 4-də İrkutsk vilayətində matəm elan olunub./Azərtac/