4 İyul 2016 23:18
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Dağlıq Qarabağ münaqişəsi məsələsində bir mövqeyi var - Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Yerevanda Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz böyük səyləri göstəririk ki, münaqişənin nizamlanmasında real irəliləyişə nail olaq", - deyə Mariya Zaxarova bildirib.

Prezidentlərin növbəti görüşü barədə suala cavab verən XİN-in rəsmisi bildirib ki, münaqişə tərəfləri özləri bu məlumatı təqdim etməlidirlər.

"Mən deyə bilərəm ki, Rusiya tərəfinin mövqeyi bir məqsədə yönəlib - tezliklə bu münaqişəni sülh yolu ilə həll etmək. Və biz bunun üçün əlimizdən gələni edirik", - deyə Mariya Zaxarova bildirib.

Rusiyanın Sankt-Peterburq görüşünü keçirməklə münaqişənin nizamlanmasını öz əlinə almaq istədiyi barədə fikirlə Zaxarova razılaşmadı: "Bütün həmsədrlərə görüş barədə lazımınca məlumat verilmişdir".


Müəllif:

Oxşar xəbərlər