5 İyul 2016 12:29
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ataşehir Memar Sinan məscidində bayram namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ilk olaraq, Ərdoğan Atatürk hava limanında baş verən terrorla bağlı açıqlama verib:

"Son rəqəmlərə görə hazırda 30 nəfər saxlanılıb. Onlarla bağlı araşdırmalar aparılır. Saxlanılanlar arasında Dağıstan, Qırğızıstan və Tacikistan vətəndaşları var. Terror hücumu zamanı 45 nəfər həyatını itirib. Hücuma görə İŞİD terror qruplaşması məsuliyyət daşıyır".

Ərdoğanın sözlərinə görə, Türkiyə terrorçulara layiqli cavab verəcək.

Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşü ilə bağlı bunları deyib: "Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Soçidə görüşdü. Bu ayın sonu və ya avqustda, yəni G-20 sammitindən öncə görüşə bilərik. Ancaq hələ dəqiq deyil".

Samir


Müəllif:

Oxşar xəbərlər