İraq parlamenti hökumətdən Böyük Britaniyaya qarşı 2003-cü ildəki hərbi əməliyyatlara görə iddia qaldırmağı tələb edəcək.
Bu barədə İraq parlamentinin deputatı Aliyə Nasıf bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyada xüsusi komissiya ABŞ və Britaniyanın İraqda hərbi əməliyyatlarda iştirakı ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb. Komissiya həmin dövrdə baş nazir olan Toni Blerin rəhbərliyi altındakı Britaniya hökumətinin İraqda hərbi əməliyyatlara başlamaqla səhvə yol verdiyi qənatinə gəlib.
Xatırladaq ki, T.Bler Britaniyanın İraqda hərbi əməliyyatlarda iştirakı ilə bağlı səhvlərə görə tam məsuliyyət daşıdığını bəyan edib. (“Report”)