“Əl-Qaidə” liderinin oğlu ABŞ-dan atasının qisasını almaq niyyətindədir.
“Əl-Qaidə” terror təşkilatının öldürülmüş lideri Üsamə ben Ladenin oğlu Həmzə ABŞ-dan atasının qisasını alacağına söz verib.
APA-nın “Reuters” agertliyinə istinadən verdiyi məlumata görə, Həmzə deyib ki, ABŞ Pakistanın Abbottabad şəhərində törətdiyi cinayətə görə cəzalandırılmayacağını düşünürsə, ciddi səhv edir.
O, müsəlmanların sıxışdırılmasının qarşısının alınması üçün ABŞ-a qarşı mübarizənin davam edəcəyini vurğulayıb.