ABŞ dövlət katibi Con Kerri iyulun 14-də Rusiyaya səfər edəcək.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
"Con Kerri iyulun 14-də Moskvaya gələrək Rusiyanın yüksək vəzifəli nümayədələri ilə Suriya, Ukrayna, Dağlıq Qarabağ münaqişələrini və digər məsələləri müzakirə edəcək" – deyə Kirbi brifinqdə bildirib.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Pavel Klimkin də Kerrinin Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib.