15 İyul 2016 14:19
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi Krıma yeni "Triumf" S-400 raket kompleksləri yerləşdirəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Yevqeni Oleynikov məlumat verib.

Onun sözlərinə görə, raket sistemləri bu ilin avqustunda Krıma göndəriləcək.

Oleynikov əlavə edib ki, hazırda yarımadanın hava məkanı S-300 raketləri tərəfindən müdafiə olunur.

Samir


Müəllif: