Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk hava limanında açıqlamalar verib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan günortadan sonra bir hərəkətlilik mövcud olduğunu deyib:
"TSK içərisindəki bir azlıq, ölkəmizin bərabərliyinu qəbul edə bilməyən bir qrup paralel dövlət quruluşlanmasının özü idi. Hal-hazırda edilən hərəkət bir xəyanətdir. Vətənə xəyanətin bədəlini çox ağır ödəyəcəklər. Biz bu müqəddəs yola başımızı qoymuşuq. Bu yola kəfənimizlə çıxmışıq.
Bu silahlı qüvvələrimizin təmizlənməsinə yol açacaq bir hərəkətdir.
Mən Marmarisdəydim. Mən ayrıldıqdan sonra oraları bombalamışlar. Hal-hazırda edilən hərəkət bir xəyanət, bir qiyam hərəkətidir. Qiyam edənlər silahları millətimizə istiqamətləndirdiyinə görəs bunu bədələni ödəyəcəklər. Ordumuz təmizdir, silahlı qüvvələrimizin tərtəmiz halına ləkə gətirilməməsi lazım.
Məhkəmə həbslərə başladı. Bu iş davam edəcək. Feto də bir terror təşkilatıdır demişdik. Eyni zamanda silahlı bir terror təşkilatı olduğu ortaya çıxdı.
Bizlər vəzifəmizin başındayız. Sonuna qədər bu vəzifəmizi davam etdirəcəyik. Sonu yaxşı olacaq".
Nihad