28 İyul 2016 00:36
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hər iki ölkə lideri terrorizmə qarşı birlikdə və prinsipial mübarizə aparmağı davam etdirmək arzusunda olduqlarını bildiriblər.

ABŞ prezideti və Almaniya kansleri son günlər baş verən terror hadisələrini xüsusi müzakirə ediblər. Barak Obama Almaniyada terror hücumlarında dünyalarını dəyişmiş şəxslərin ailələrinə başsağlığı verib.

Ölkə rəsmiləri həmçinin Ukrayna problemini, o cümlədən Minsk razılaşmasını diqqət mərkəzində saxlayıblar. ABŞ və Almaniya rəsmiləri bu məsələdə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıblar.


Müəllif:

Oxşar xəbərlər