İranda keçmiş polis əməkdaşı Rza Səbzəvari edam edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İrandakı hüquq müdafiəçiləri məlumat yayıb.
Məlumatlara görə, İranın Neyşabur şəhərinin sakini, iki uşaq atası olan 32 yaşlı Rza Səbzəvari Məşhəd şəhərinin zindanında dar ağacından asılıb. Polis işlədiyi vaxtlarda hüquq-mühafizə orqanlarının narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə bölməsində xidmət göstərən Rza Səbzəvari bir il yarım idi ki, həbsdə saxlanılırdı. Onun həbs edilməsinin səbəbi və konkret nədə günahlandırıldığı bilinmir və bu barədə mediada hər hansı bir məlumat yayılmayıb.
Elvin