28 İyul 2016 20:00
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda apardığı dinc mübarizəyə görə Əhər zindanında saxlanan gənc fəal İbrahim Nuri iyulun 28-də aclıq aksiyasına başlayıb.

İbrahim Nuri qanuna riayət edilməməsinə və işinə baxan məhkəmə hakimi tərəfindən barəsində çıxarılan qanunsuz qərara etiraz əlaməti olaraq iyulun 28-dən aclığa başladığını bildirib.

O, sistemə qarşı təbliğat aparmaqda və əhalini aksiyalara qatılmağa təşviq etməkdə günahlandırılır.

Gənc fəal “Qüds günü” ərəfəsində Əkbər Cahangirzadə ilə birlikdə Əhərdə ETTELAAT-çılar tərəfindən tutulsa da, bir gün sonra qoyduğu mülk girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı. Sərbəst buraxılmasından az sonra Əhər İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə çağırılan fəal, yenidən tutularaq Əhər zindanına köçürülüb.

Xatırladaq ki, fəal İbrahim Nuri, milli zəmində apardığı dinc fəaliyyətinə görə bundan əvvəl bir neçə dəfə tutularaq həbs edilib və həbsdə saxlanıldığı müddətdə müxtəlif fiziki və psixi təzyiqlərə məruz qoyularaq təhdid edilib.


Müəllif:

Oxşar xəbərlər