Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.
Bu barədə Ermənistan millli təhlükəsizlik xidməti açıqlama yayıb. Məlumatda deyilir ki, antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib..