ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan iyulun 31-də verdiyi açıqlamada Suriyanın vahid ölkə kimi öz varlığını qoruyacağına şübhə ilə yanaşdığını bəyan edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kolorado ştatında Aspen Təhlükəsizlik Forumunda çıxış edən MKİ rəhbəri 6 ildir müharibə gedən Suriyada 400 min insanın öldüyünə diqqət çəkib:
“Suriyanın vahid dövlət kimi qalacağı məsələsində nikbin deyiləm. Suriyanın təkrar birləşib-birləşməyəcəyini bilmirəm”.
Brennan öz fikrini Suriyada çoxsaylı fəal qrup və təşkilatın meyadana gəlməsi ilə əsaslandırıb.
Ondan əvvəl ABŞ dövlət katibi Con Kerri də Suriyada atəşkəsin əldə olunmayacağı və müvəqqəti hökuməti qurulmayacağı təqdirdə "B" planının işə düşəcəyini, yəni ölkənin bölünəcəyini bildirmişdi.
Mahir