3 Avqust 2016 08:35
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna parlamentinin “Batkivşina” partiyasından olan deputatı Nadia Savçenko avqustun 3-dən açlıq aksiyasına başlayacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, o, UNİAN agentliyinin ofisində keçiridiyi mətbuat konfransında deyib ki, Rusiya və Donbasdakı ukraynalı əsirlər azad edilməyincə açlığı davam etdirəcək.

Savçenko əsirlərin azad edilməməsinə görə Ukrayna hökuməti, prezident Petro Poroşenko və dünya hökumətlərini günahlandırıb.

O bildirib ki, Ukrayna hakimiyyəti bu yöndə lazımınca fəaliyyət göstərmir.

Savçenko bir daha separatçılarla dialoqa girmək üçün işğal edilmiş ərazilərə getməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Savçenko Rusiyada əsirlikdə olarkən bir neçə dəfə aclıq aksiyası keçirib.


Müəllif:

Oxşar xəbərlər