6 Avqust 2016 14:01
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan türk iş adamı, Demokratlar Partiyasının üzvü Murad Gözəl bu partiyanın prezidentliyə namizədi Hillari Klintonun seçki kampaniyasına dəstək məqsədilə Atlantada düzənlənən və prezident Barak Obamanın da fəxri qonaq kimi iştirak etdiyi işçi nahar zamanı Birləşmiş Ştatlar prezidentinə Fətullahçı Terror Təşkilatının (FETÖ) qiyam cəhdi Fətullah Gülənin ekstradiyası ilə bağlı sual ünvanlayıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Murad Gözəl toplantı zamanı söz alaraq amerikalı siyasətçilərin dövlət çevrilişinə cəhd hadisəsinə yanaşmasından və Fətullah Gülənin ekstradisiyasının bu qədər uzanmasından türk xalqının rahatsız olduğunu bildirib.

Murad Gözəl Gülənin ekstradisiyasının təkcə prezident Rəcəb Tayyib Ərdoğanın deyil, bütün türk xalqının məsələsi olduğunu deyib, bunun iki ölkə əlaqələrinə pis təsir edə biləcəyindən duyduğu əndişəni çatdırıb. O, Barak Obamadan bu mövzuda düşüncələrini bölüşməyi xahiş edib.

Murad Gözəlin sözlərinə görə, Barak Obama suala cavab olaraq deyib: “Bu, Türkiyədə ilk qiyam cəhdi deyil və bu məsələdə həssas olan türk xalqı qiyamçılara yaxşı bir dərs verdi, müxalifət də daxil olmaqla bütün kəsimlər qiyama qarşı oldular. Türkiyənin önəmli müttəfiqi olan ABŞ qiyama qarşı çıxaraq Türkiyənin yanında yer aldı. Gülənin ekstradisiyası məsələsində dəlil-sübutlar üzrə hüquqi yol əsas götürüləcək. Bu işi ciddiyə alırıq, amma bunun isbatlanması lazımdır”.

Qeyd edək ki, iyulun 15-dən 16-a keçən gecə dövlət çevrilişinə cəhd hadisəsindən indiyədək Ankara Vaşinqtondan FETÖ lideri Fətullah Gülənin ekstradisiyasını tələb edir.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər