10 Avqust 2016 20:58
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Rusiya ilə birgə müdafiə, kəşfiyyat və diplomatiya mexanizmi yaratmaq istəyir“.

Bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoglu bəyan edib.

O, Suriya münaqişəsinin həllində hər iki tərəfin oxşar baxışları olduğunu qeyd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Çavuşoğlu deyib ki, Ankara Rusiyadan ərzaq embarqosunun götürülməsini və “Türk axını” qaz kəməri layihəsi ilə bağlı əlavə razılaşmalar gözləyir.

O həmçinin qeyd edib ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılması Qərblə münasibətlərin soyuqlşaması demək deyil.

Qeyd edək ki, Türkiyə ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşmişdi.

Rusiya bundan sonra Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq elədi və onunla birgə layihələrdən çıxdı.

Türkiyə prezidenti Erdogan həmin vaxt həlak olan poliotun ailəsindən üzr istədikdən sonra münasibətlər istiləşməyə başlayıb.


Müəllif:

Oxşar xəbərlər