Ukrayna istənilən vaxt BMT Təhlükəsizlik Şurasının Krımdakı vəziyyətlə bağlı növbədənkənar iclasını çağıra bilər.
Teleqraf.com Ria Novosti-yə istinadla xəbər verir ki, bu bəyanatla Ukraynanın BMT yanındakı daimi nümayəndəsi Vladimir Yelçenko çıxış edib.
Yelçenko eyni zamanda Rusiyanın Krımda terror aktı baş verməsi ilə bağlı bəyantını təxribat adlandırıb: "Biz istənilən təxribata hazırıq və BMT Təhlükəsizlik Şurasının çağırılması imkanlarını araşdırırıq".
Bu günlərdə Rusiyanın Federal Təhqiqat Bürosu Ukrayna Baş Kəşfiyyat İdarəsinin Krımda törətmək istədyi terror aksiyasının qarşısını aldığını bilidrib. Toqquşma zamanı Rusiyanın iki hərbçisi həlak olub. Rusiya KİV-i Ukrayna tərəfinin Krıma turizm axınına ziyan vurmaq məqsədi güddüyünü iddia edib.
Mahir