11 Avqust 2016 14:08
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Fətullahçı terror təşkilatının (FETÖ) 219 üzvü ölkədən qaçarkən sərhəddə tutulub".

Bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi bildirib.

Onun sözlərinə görə, FETÖ-nun ölkədən qaçmaq istəyərəkən saxlanılan nümayəndələrinin əksəriyyəti məmur, iş adamı və hərbçidir: "Onlar ölkədən qaçmaq üçün daha çox Atatürk hava limanından istifadə etməyə çalışıblar. Bu günədək Haburdan (sərhəd-buraxılış məntəqəsi) 89, Kapıkuledən (Türkiyənin Bolqarıstanla sərhədində yerləşən və ən çox gediş-gəliş edilən sərhəd-buraxılış məntəqəsi) isə 130-a yaxın FETÖ üzvünün ölkədən qaçmasının qarşısını aldıq". (Report)


Müəllif:

Oxşar xəbərlər