Bu gün günorta saatlarında Türkiyədə terror hadisəsi baş verib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Diyarbəkr-Mardin magistralının üzərindəki Çinar rayonun girişindəki polis nəzarət-buraxılış məntəqəsinə bomba yüklü maşınla hücum olunub.
İlkin məlumata görə, PKK-nın törətdiyi partlayış nəticəsində 2 polis və bir mülki vətəndaş həlak olub, 20-dən artıq yaralı var.