Sənətçi Yılmaz Ərdoğan Türkiyə parlamentinə gedərək baş nazir Binəli Yıldırıma xahişini çatdırıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçi jurnalistlərə baş nazirlə görüşünün təfərrüatlarını açıqlayıb: "Hakkarinin vilayət statusunda qalmasını xahiş etdim. Hörmətli baş nazir isə Hakkariyə rayon statusunun verilməsinin iqtisadi baxımdan heç bir itkiyə səbəb olmayacağını bildirdi".
Binəli Yıldırım Yılmaz Ərdoğandan "Razı qaldınızmı" soruşduqda sənətçi belə cavab verdiyini deyib: "Hakkarinin təmsilçisi sayılmıram. Hakkaridən iki-üç avtobusluq sakin gəlmişdi. Ordakı hissiyyatlı davranışı, tarvmanı yoluna qoymaq üçün qarşılqılı dialoq qurulmasını istərdim".
Kürd əsilli aktyor, ssenarist və rejissor Yılmaz Ərdoğan 1967-ci ildə Hakkaridə doğulub.
Qeyd edək ki, Türkiyənin inzibati ərazi vahidində dəyişiklik edilməsi nəzərdə tutulur. Hakkari və Şırnakın vilayət statusu ləğv ediləcək. Əvəzində Cizrə və Yüksəkovaya vilayət statusu veriləcək. Hakkarinin adının “Çöləmərik”, Şırnakın adı isə “Nuh” olaraq dəyişdiriləcək. Dəyişiklik parlamentə təqdim olunub.
Mahir