20 Avqust 2016 22:54
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində Fətullahçı terror təşkilatı FETÖ-nün dövlət çevrilişinə cəhdi ilə bağlı aparılan istintaq prosesi çərçivəsində daha 20 hərbçi həbs olunub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. Məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən saxlanılmış 29 müxtəlif rütbəli hərbçinin işi yekunlaşıb.

İşləri məhkəməyə göndərilmiş hərbçilərin 20-i həbs olunub, 9 hərbçi isə nəzarət altında olmaq şərtilə müvəqqəti azadlığa buraxılıb.


Müəllif:

Oxşar xəbərlər