Boliviyada daxili işlər nazirinin müavini Rodolfo İllanes öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ölkənin daxili işlər naziri Karlos Romero məlumat verib. Onun sözlərinə görə, İllanes tətildə olan mədən işçiləri ilə görüşmək üçün Panduro bölgəsinə gedib: "Bu zaman mədənçilər nazir müavinini qaçırıb və vəhşicəsinə öldürüb. Faktla əlaqədar 100 nəfər saxlanılıb".
Qeyd edək ki, mədənçilər qanunların sərtləşdiirlməsi və əmək haqlarının az olması səbəbindən tətil keçirirlər.
Elvin