Hərbi bazadan havaya qalxan İsveçrə Silahlı Qüvvələrinə məxsus McDonnell Douglas F/A-18 С hərbi təyyarəsi radarlardan itib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, təyyarə Alp dağları üzərində uçarkən itib.
Məlumata əsasən, artıq bir neçə saatdır ki, təyyarə ilə əlaqə saxlamaq mümkün deyil. Təyyarədə bir pilotun olduğu bildirilir. İnsidentlə əlaqədar xilasedici dəstələr hazırlıq vəziyyətinə gətirilib.