1 Sentyabr 2016 15:18
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Siirt Pervari rayonunda PKK terror təşkilatına qarşı aparılan əməliyyatda 1 əsgər şəhid olub.

Teleqraf.com-un “CNN Türk”ə istinadla verdiyi xəbərə görə, Doğan kəndində başladılan əməliyyatda təhlükəsizlik qüvvələri ilə bir qrup terrorçu arasında qarşıdurma yaşanıb.

Terrorçuların açdığı atəş nəticəsində bir əsgər həlak olub, bir əsgər isə yaralanıb.

Terrorçulara qarşı əməliyyat davam etdirilir.

Sevinc


Müəllif: