2 Sentyabr 2016 12:55
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Çin səfərini dayandıraraq, sabah Özbəkistana yola düşəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Reuters" agentliyi Qazaxıstan hökumətindəki mənbəyə istinadən məlumat yayıb: "Nazarbayev sentyabrın 1-də Çinə səfər edib. O, sentyabrın 4-5-də burada keçiriləcək G-20 liderlərinin görüşündə iştirak etmək niyyətində idi. Ancaq Qazaxıstan prezidenti səfərini yarımçıq dayandırıb. O, sabah Özbəkistana gedəcək".

Qeyd edək ki, Özbəkistan prezidenti İslam Kərimovun ölüm xəbəri yayılıb. Özbəkistan rəsmiləri hələlik məlumatı təsdiqləməyiblər.

Samir


Müəllif: