Almaniya İŞİD terror təşkilatı ilə mübarizədə qoşulduğu beynəlxalq koalisiya qüvvələrinin əməliyyatlarında iştirak etmək üçün Türkiyənin İncirlik hərbi bazasına investisiya qoyacaq.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Spiegel-Online" saytı Almaniyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Təklif Almaniya hökuməti tərəfindən təsdiq edilib.
Məlumatlara görə, göstərilən məbləğdən 28 milyon avro Tornado tipli kəşfiyyat təyyarələrinin havaya qalxması, 30 milyon avro isə əməliyyatlarda istifadə ediləcək müasir müvəqqəti qərargahların tikilməsi üçün istifadə olunacaq.
Qeyd edək ki, Almaniya Federal Məclisinin 1915-ci il hadisələri ilə bağlı bu ilin iyul ayında verdiyi qərara görə Türkiyə alman ordusunun İncirlik bazasına girişinə qadağa qoymuşdu.
Samir