"Ədalət və inkişaf" partiyasının deputatlarından ibarət Türkiyənin nümayəndə heyəti ABŞ-ın paytaxtına səfər edib.
Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, səfərin məqsədi hərbi çevrilişə cəhddə təqsirləndirilən Fəthullah Gülənin ekstradisiya, Suriyada vəziyyət və Türkiyə-ABŞ münasibətləri kimi məsələlərdir.