İyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı çəkilən “Xəyanətdən zəfərə” adlı sənədli filmin nümayişi keçirilir.
Teleqraf.com xəbər verir ki, TRT tərəfindən çəkilən film Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə sentyabrın 7-də Bakıda nümayiş olunub. Tədbirdə dövlət və hökumət rəsmiləri, səfirlər, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib, hər iki xalqın şəhidləri anılıb.
Tədbir çərçivəsində “Anadolu” Agentliyi tərəfindən təqdim edilən “15 iyul – milli iradənin yüksəlişi” adlı sərgi də nümayiş etdiriləcək.