İraqın Mosul şəhərinin azad edilməsi üçün əməliyyat gələn ay başlayacaq.
Teleqraf.com "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Silahlı Qüvvələrinin generalı Stiven Tauncend məlumat verib.
O bildirib ki, beynəlxalq koalisiya əməliyyatlara tam hazırdır: "Hazırda şəhərdə 3-4,5 min terrorçu var. Uzunmüddətli və çətin əməliyyat olacaq".
Qeyd edək ki, İraq ordusu avqustun sonunda əl-Kair şəhərini azad edib. Bununla da Mosulun azad edilməsi üçün imkanlar yaranıb.
Samir