9 Sentyabr 2016 17:22
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov hökumətin iclasında özünün yeni kitabını təqdim edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə "Xronika Turkmenistana" saytı məlumat yayıb.

"Dünyanın dostluq və qardaşlıq musiqisi" adlanan kitabından danışan prezident bildirib ki, "böyük türkmən musiqi ustası Şükür Baxşının həyat və yaradıcılığı bizim müstəqil və neytral dövlətimizin sülhpərvər qonşuluq siyasəti pizmasından" dəyərləndirilib.

Qurbanqulu Berdimuhəmmədov kitabı Türkmənistan Ağsaqqallar Şurasının iştirakçılarına hədiyyə etmək istədiyini bildirib.

Bu, Türkmənistan prezidentinin təkcə bu il yazdığı 6-cı kitabdır. İlin əvvəlindən bəri o, çay bitkisindən, atdan da kitablar yazıb. Dövlət başçısı indiyədək 40-a yaxın kitab müəllifidir.

Şükür Baxşı (1831-1928) Türkmənistanın böyük aşıq sənətkarı hesab olunur. Dutar ifaçısı olan "Baxşı" türkməncə aşıq, müdrik insan mənalarını verir. Qardaşı İrana əsir düşən Şükür Baxşı onu silahsız azad etməyə yollanır və buna nail olur.

Mahir


Müəllif:

Oxşar xəbərlər