İraqın paytaxtı Bağdadda baş vermiş terror aktı nəticəsində kamikadze də daxil olmaqla 9 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, ayrı-ayrı ərazilərdə baş vermiş hadisələr zamanı 21 nəfər yaralanıb. Məlumata görə, terror aktlarından biri Ərəb Cebur bölgəsində polisə məxsus avtomobildə quraşdırılmış bomba ilə həyata keçirilib. Partlayış zamanı avtomobildə olan 2 uşaq və valideynləri hadisə yerindəcə dünyalarını dəyişiblər.
Bağdadın Əl-Beyə bölgəsində yolda quraşdırılmış bombanın partlaması nəticəsində isə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Əl-Məştəl bölgəsində isə kamikadzenin özünü partlatması nəticəsində 7 mülki vətəndaş yaralanıb.