12 Sentyabr 2016 21:35
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın keçmiş Baş naziri David Kameron Mühafizəkarlar partiyasından parlament üzvlüyünü tərk etdiyini bildirib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, o, Oxfordşire qraflığındakı Vitney dairəsindən Britaniya parlamentinin İcmalar palatasına üzv seçilmişdi.

Bundan öncə isə o, gələn seçkilərədək millət vəkili qalacağını demişdi. Cənab Kameron baş nazirlik vəzifəsindən iyunun 24-də istefa verib. Onun istefasının səbəbi Britaniyanın Avropa İttifaqından çıxmasına aparan Brexit referendumu idi.

Kameron Vitney dairəsini parlamentdə 2001-ci ildən bəri təmsil edirdi. 2005-ci ildən isə Britaniyanın Mühafizəkarlar partiyasının rəhbəri idi.

İyun ayında keçirilmiş referendumda iştirak edənlərin çoxu Britaniyanın Aİ-ni tərk etməsinə səs verib. Brexit lehinə səs verənlər 52 faiz təşkil edib.


Müəllif:

Oxşar xəbərlər