15 Sentyabr 2016 16:06
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva və Ankara münasibətləri inamla bərpa edir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, hər iki ölkə əvvəlcədən müəyyən edilmiş istiqamətdə hərəkət edir: "Münasibətlərin bərpası hər hansı süni sıçrayışlar, ya süni gecikmələr olmadan, tədricən və inamla gedir. Rusiya-Türkiyə dialoqunun yaxşı perspektivləri var".

Bundan başqa, Zaxarova Rusiyanın BMT Baş Assambleyasındakı planlarını açıqlayıb. O bildirib ki, bu il assambleyada Rusiya nümayəndə heyəti münaqişələrin siyasi-diplomatik həllini tapmaq üçün öz təkliflərini təqdim edəcək: "Sessiyanın gündəliyi 170 bənddən ibarətdir. Bunlara hüququn aliliyinə və insan hüquqlarına riayət olunması, tərksilah, narkotiklərə nəzarət, cinayətkarlığın qarşısının alınması və beynəlxalq terrorçuluqla mübarizə, sülhün və təhlükəsizliyin qorunması, davamlı inkişaf, iqtisadi artıma kömək daxildir. Rusiyanın bu sessiyada nümayəndə heyətinə Rusiya xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək".

Qeyd edək ki, BMT Baş Assambleyasının bu ilki sessiyası Nyu-Yorkda sentyabrın 20-dən 26-dək keçiriləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər