16 Sentyabr 2016 16:22
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın paytaxtı Bratislavada Avropa Birliyinin liderlərinin bir günlük sammiti keçirilir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sammitdə Böyük Britaniyanın ittifaqdan ayrılması, terror hücumları və miqrant böhranı müzakirəyə çıxarılacaq.

İngiltərənin dəvət edilmədiyi sammitdə hər hansı bir qərarın qəbul olunması gözlənilmir.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Bratislavada jurnalistlərə açıqlama verib: "İttifaqın keçirdiyi böhran şəraitinin yayılmasına imkan verməməliyik".

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Bratislava sammitindən əvvəl Parisdə görüşüblər. Görüşdən sonra Merkel jurnalistlərin suallarını cavablandırıb. O, Avropa İttifaqının hazırkı vəziyyətini ağır kimi qiymətləndirib: "Avropa Birliyi praktiki olaraq dəyişməyə qadir olduğunu göstərməlidir. Fransua Ollandla Avropa Birliyinin hazırki vəziyyəti, miqrant böhranı və terror hücumları məsələlərini müzakirə etdik".

Qeyd edək ki, Avropa İttifaqı liderləri növbəti ildə Maltada bir araya gələcəklər.

Samir


Müəllif:

Oxşar xəbərlər