17 Sentyabr 2016 23:28
2 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bursa şəhərində sosial şəbəkədə tanış olduğu qızı şəhərdə görüşməyə razı sala bilməyən gənc oğlan silaha əl atıb.

Teleqraf.com-un xəbərinə görə, oğlan öncə tapança ilə qızı sinəsindən vurub, daha sonra silahı gicgahına dayayaraq atəş açıb və özünü öldürüb.

Xəbərə görə, 24 yaşlı Hasan Şuayip Atçı xidmət etdiyi hərbi hissənin rəhbərliyidən icazə alaraq, Bursaya gəlib. Məzuniyyətinin vaxtı bitsə də, o, hərbi hissəyə dönməyib. Atçı Facebook-da tanış olduğu 30 yaşlı Alev K.-nın evinə gelib. Gənç qızla şəhərdə gəzmək istədiyini deyən oğlan redd cavabı alıb. Bundan sonra onlar arasında mübahisə yaranıb. Atçı tapançasıyla əvvəl qızı, sonra daözünü öldürüb. Hadisə vaxtı qızın nənəsi evdə, anası isə işdə olub. Onun atasının isə Almaniyada çalışdığı bildirilir.

Polis faktla bağlı araşdırmaya başlayıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər