19 Sentyabr 2016 18:49
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə İsrail arasında buzlar əriyir.

Teleqraf.com “A Haber” telekanalına istinadən xəbər verir ki, iki ölkə arasında əlaqələrin bərpası haqqında müqavilə bu həftə qüvvəyə minə bilər.

Əlaqələrin bərpa edilməsindən sonra Türkiyə Xarici İşlər Nazirliyi (XİN) tərəfindən İsrailə səfirin təyin edilməsinə hazırlıq aparılır.

İsrailin də Türkiyədə səfir təyin etməsi gözlənilir.

Samir


Müəllif: