21 Sentyabr 2016 14:32
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Ankaradakı səfirliyinə silahlı hücum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bir əlində bıçaq, digər əlində isə silah tutan şəxs səfirlik binasına daxil olmağa çalışıb.

Məlumatlara görə, təkbir gətirərək, binaya tərəf qaçan şəxs mühafizəçilər tərəfindən zərərsizləşdirilib. Polislər ona iki dəfə atəş açıblar. Hücumçu yaralı halda xəstəxanaya çatdırılıb.Artıq hücum edən şəxsin kimliyi açıqlanıb. Bu şəxsı Ankaranın Keçiörən bölgəsində yaşayan, Konyada qeydiyyatda olan Osman Nuri Çalışkandır.

Türkiyə mediasında Çalışkanın ilkin ifadəsi zamanı "Yaxın Şərqdə axan qanı dayandırmaq üçün yola çıxdım" dediyi bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər