İstanbulda Boğaziçinin 4 mahalında Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə qarşı əməliyyat tədbirləri həyata keçirilib.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, İstanbul Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosunun təlimatına əsasən, Sarıyer, Beşiktaş, Bəyoğlu, Şişli və Kağızxana mahallarında axtarış aparılıb. Nəticədə 18 nəfər saxlanılıb. Axtarış zamanı Asiya Bankına aid sənədlər, Fətullah Gülənin kitabları, F seriya nömrəli 1 dollarlıq əskinaslar və təşkilata məxsus müxtəlif sənədlər ələ keçirilib. Saxlanılanlar içərisində “FETÖ ablaları” da olub. Onların Boğaziçi əyalətində məsul imam olduğu qeyd edilib.
Kəmalə