Türkiyənin Qaziantep şəhərində arvadına narkotik verərək ona təcavüz etdiyi üçün dostunu öldürən 35 yaşlı Bilal P. Adanada saxlanılıb.
Teleqraf.com xəbər verir ki, saxlanılan şəxs polisə ifadəsində cinayəti etiraf edib. "Mən işə gedəndən sonra Fərid adlı dostum hər gün evə gələrək yoldaşıma narkotik maddə verib və hər dəfə ona təcavüz edib. Bir gün yoldaşım bunları etiraf etdi. Növbəti gün evdə gizləndim. Dostum bizə gəlib bunu təkrar edən zaman onu ov tüfəngilə vurub öldürdüm". deyə Bilal qeyd edib.
Polis faktla bağlı araşdırmaları davam etdirir.
Ayxan