"Fətullahçı terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyaya qədər həbs olunması ilə bağlı yaxın günlərdə qərar veriləcək".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib.
Onun sözlərinə görə, FETÖ istintaqı çərçivəsində bugünə qədər 32 min insan saxlanılıb.
Qeyd edək ki, iyulun 15-də Türkiyədəki hərbi çevrilişə cəhd edən FETÖ üzvlərinin lideri Fətullah Gülən hazırda ABŞ-da yaşayır.
Samir