4 Oktyabr 2016 22:12
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ və Rusiyanın Suriya məsələsində əlaqələri kəsməsi iki ölkə arasındakı münasibətləri daha da pisləşdirəcək".

Telqraf.com xəbər verir ki, bu məlumatı Amerikanın nüfuzlu "New York Times" nəşri yayıb:

"Bir ay əvvəl düşünürdük ki, çoxdan gözlənilən əməkdaşlıq baş tutacaq. Ancaq fikir ayrılıqları bu əməkdaşlığa imkan vermədi. Suriya məsələsi ilə bağlı əməkdaşlıq ABŞ prezidenti Barak Obamanın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün son cəhdi oldu".

Plutoniumun istifadə haqqında sazişin danışıqları üzrə kuratoru Qeri Samor bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin Suriya ilə bağlı əlaqələrin dayandırılmasına cavabı hərbi yox, siyasi formada oldu.

Qeyd edək ki, ABŞ-ın Rusiya ilə Suriya məsələsində əməkdaşlığı dayandırmasına cavab olaraq, Putin plutoniumun istifadəsi haqqında sazişi ləğv edib.

Samir


Müəllif:

Oxşar xəbərlər