5 Oktyabr 2016 01:25
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində yaşayış binalarından birində baş vermiş partlayış nəticəsində 10 yanğınsöndürən xəsarət alıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, kəskin qaz iyindən narahat olan sakinlər qaz xəttində nasazlıq barədə yanğınsöndürənləri və polisi məlumatlandırıblar. Hadisə yerinə dərhal cəlb olunan müvafiq qüvvələr sakinləri sızma qeydə alınan binadan və yaxınlıqdakı bir neçə evdən təxliyə ediblər.

Sakinlər binaları tərk etdikdən sonra güclü partlayış baş verib. Partlayış nəticəsində iki azmərtəbəli bina tamamilə dağılıb, üçüncü binada isə dam örtüyü uçub və yanğın baş verib.

Xəstəxanaya 10 yanğınsöndürən yerləşdirilib. Onların travmalarının ağır olmadığı bildirilir.

Hadisə nəticəsində 38 ailə evsiz qalıb, sakinlərdən xəsarət alan olmayıb.


Müəllif: