7 Oktyabr 2016 10:37
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Vərziğan şəhərinin İran parlamentindəki millət vəkili bölgədə yarımçıq buraxılan inşaat layihələri, Mis Şirkətinin fəaliyyəti və işsizlik məsələləri ilə bağlı “Təsnim” xəbər agentliyinə danışıb.

“Azərbaycan Mis Şirkəti bölgədə bir çox inşaat layihəsini yarımçıq buraxıb. Biz öz vilayətimizdə mis sənayesi üçün 99 faizlik şümş istehsal edə bilərdik, lakin bu layihə də dayandırılıb. Layihələrin icrası bölgəni inkişaf etdirməklə yanaşı işsizlik problemini aradan qaldırmaq və əlavə dəyər yaratmaqda da faydalı ola bilərdi. Amma hazırda, mis konsentrə və xammal şəklində Kirman şəhəri və ya Çinə ixrac olunur”- deyə Rza Əlizadə bildirib.
Millət vəkili bölgə mədənlərindən əldə olunan gəlirlə bağlı əhaliyə doğru məlumat verilmədiyini də bildirib. “Azərbaycan Mis Şirkətinin müstəqil olduğunu və əhalinin xeyrinə işlədiyini iddia edirdilər, lakin bu zahirdə belədir və bu haqda ictimaiyyəti aldadıblar. Şirkət ildə bir milyard tümən dəyərində xammal satır, ancaq bu rəqəm rəsmi sənədlərdə 100 milyon tümən kimi göstərilir.”

Güney Azərbaycanın müxtəlif bölgələri xüsusi ilə də Qaradağ məntəqəsində mədənlərlə yanaşı emal fabrikləri də mövcud deyil. Belə fabriklərin olmadığı üçün mədənlərdən əldə olunan məhsullar xammal kimi digər vilayətlərə satılır və bunun nəticəsində bölgə əhalisi təbii qaynaqlardan əldə olunan sərvətdən məhrum qalır. (gunaz.tv)


Müəllif:

Oxşar xəbərlər