7 Oktyabr 2016 12:17
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstintaq Komitəsi Azərbaycan Baş Prokurorluğuna Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı xüsusi dosye göndərib.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, sənəddə FETÖ-nün TANAP kimi strateji enerji layihələrini necə hədəf aldığını göstərən əhatəli məlumatlar var.

Qeyd edək ki, FETÖ ilə bağlı təhqiqata başlayan Azərbaycan Baş Prokurorluğu Türkiyə tərəfindən lazımi məlumatların əldə edilməsi üçün yardım istəyib. Türkiyə tərəfi Azərbaycanın bu istəyini nəzərə alaraq, xüsusi dosyeni Bakıya göndərib.

Türkiyənin İstintaq komitəsi ölkədəki bütün ədliyyə orqanlarına sorğu göndərərək, Azərbaycandakı təhqiqata yardım edə biləcək bütün sənədləri komitəyə göndərməyi istəyib. Ankara, İstanbul və İzmir prokurorluqlarından gələn bütün sənədlər İstintaq komitəsində toplanıb. İdarəyə gələn ən vacib sənədlərdən biri MİT tərəfindən hazırlanan "FETÖ - Azərbaycan bəyanatı" olub. Bu sənəddə FETÖ-nün beynəlxalq məqsədləri, necə formalaşdığı və terror törədiləcək ölkələrdən birinin də Azərbaycan olduğu açıqlanıb.

MİT-in hazırladığı sənəddə FETÖ-nün Azərbaycan və digər ölkələrdə olan enerji layihələrini yönləndirməyə çalışdığı, TANAP-ın da bu layihələr arasında olduğu vurğulanıb. Göndərilən sənədlər arasında FETÖ-nun Azərbaycanda təhsil müəssisəsi adı altında azı 28 özəyinin yer aldığı göstərilir.

İstintaq komitəsi 15 iyul hərbi çevrilişə cəhddə yaxalanan şəxslərin ifadələrinin də yer aldığı bəzi materialları da Azərbaycana göndərib. Bu sənədlərdə hərbi çevrilişə cəhd qərarının Fətullah Gülən tərəfindən verildiyi qeyd edilib. Bundan başqa, sənəddə FETÖ-yə üzv olan və barələrində həbs qərarı çıxan şəxslərin fərqli ölkələrə, o cümlədən Azərbaycana qaça biləcəyi bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər