Rusiya prezidenti Vladimr Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Eliza Sarayından verilən açıqlamaya görə, Ollan Ukrayna və Suriyada baş verənləri diqqətə çatdırıb.
Ukraynadakı münaqişənin həlli üçün Berlində "Normand Dördlüyü’’ (Fransa, Almaniya, Rusiya və Ukrayna) arasında görüşün keçirilməsinin vacibliyi vurğulanıb.
Olland Putindən Suriyada atəşkəsin təcili əldə edilməsini tələb edib.