16 Oktyabr 2016 13:44
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın paytaxtı Afinadakı Eleftherios Venizelos aeroportunda Rusiya vətəndaşı olan bir qadının özü ilə gətirdiyi 2 milyon 213 min avro və 58 min 900 dollar ələ keçirilib.

Teleqraf.com-un "Sabah"a istinadən məlumatına görə, ələ keçirilən pullar ölkəyə giriş zamanı bəyan olunmayıb. Pullar rus qadının çantası və çemodanlarında aşkarlanıb.

Yunanıstan qanunlarına görə, gömrükdə bəyan edilməməsi səbəbindən həmin pulların yüzdə 25 faizi (553 min 375 avro) cərimə kimi alınıb. Qalan pullara isə həbs qoyulub.

Polisə aparılan qadın həmin pulları qanuni yollarla qazandığını sübut edə bilməzsə, qalan pullar da Yunanıstan tərəfinə qalacaq.

Nihad


Müəllif:

Oxşar xəbərlər