Mosulu İŞİD-dən xilasetmə əməliyyatına saatlar qalıb.
Musavat.com-un məlumatına görə, Şimali İraq regional kürd rəhbərliyinə bağlı peşmərgə son günlərin ən böyük yerdəyişməsini həyata keçirib. Peşmərgənin 1-ci dəstək qüvvələri Ərbildən Mosulun 20 km-dəki Hazır cəbhəsinə yol alıb. Hərbi kortejdə tank, top, zirehli maşınlar, ağır artilleriyalar olduğu diqqət çəkib.
Qeyd edək ki, Mosula gedən 6 yoldan 5-nin peşmərgənin nəzarətində olduğu bildirilir. İraq ordusu ilə peşmərgənin ümumilikdə 6 cəbhədən hücuma keçəcəyi qeyd edilir.